Bakı - APA. Polşanın keçmiş baş naziri Donald Tusk bu gündən Avropa İttifaqı (Aİ) Şurasının sədri səlahiyyətlərinin icrasına başlayır.
APA-nın xəbərinə görə, D.Tusk Aİ Şurasının ikinci sədri olacaq. 2009-cu ildə Lissabon sazişinə əsasən təsis edilən bu posta ilk olaraq Belçikanın keçmiş baş naziri Herman van Rompey seçilib. 2012-ci ilin martında onun səlahiyyətləri daha 2,5 il müddətinə artırılıb.
Qeyd edək ki, D.Tusk Rusiyaya qarşı sərt siyasət yürüdülməsinin tərəfdarı kimi çıxış edir.