Bank Of Baku

Dünya Bankı dünya iqtisadiyyatının artım templərinin azalacağını proqnozlaşdırıb

Dünya Bankı dünya iqtisadiyyatının artım templərinin azalacağını proqnozlaşdırıb
# 14 yanvar 2015 00:29 (UTC +04:00)

Bakı-APA. Dünya Bankı (DB) dünya iqtisadiyyatının artım templərinin azalacağını proqnozlaşdırıb. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə DB-nin məruzəsində qeyd olunub.  Ekspertlər  2015-ci ildə dünya iqtisadiyyatının 3 faiz artacağını proqnozlaşdırır. Əvvəlki proqnozlar artımın 3,4 faiz olacağını müəyyənləşdirmişdi.

 

Dünya Bankı həmçinin 2016-cı il üçün verdiyi proqnoza da dəyişiklik edib. Belə ki, artım tempi 3,5 faizdən 3,3 faizədək endirilib. 2017-ci ildə artımın 3,2 faiz təşkil edəcəyi proqnozlaşdırılır.

 

Ekspertlər Rusiya iqtisadiyyatında 2015-cı ildə 2,9 faiz azalma olacağını proqnozlaşdırır. 2016-cı ildə isə ölkə iqtisadiyyatı çətinliklə müsbət göstəriciləri bərpa etməyə müvəffəq olacaq.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR