Bank Of Baku

Əlcəzair edam olunmuş fransız turisti oğurlayan şəxsləri müəyyənləşdirib

Əlcəzair edam olunmuş fransız turisti oğurlayan şəxsləri müəyyənləşdirib
# 30 sentyabr 2014 21:30 (UTC +04:00)

Bakı-APA. Əlcəzair hakimiyyəti ötən həftə qəddarcasına edam olunmuş Fransa vətəndaşını oğurlayan şəxslərdən bir neçəsinin kimliyini müəyyənləşdirə bilib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” məlumat yayıb.  Məlumata əsasən, müvafiq açıqlamanı Əlcəzairin Ədliyyə Nazirliyi tərəfindən verilib.

 

Qeyd edək ki, fransız turist  sentyabrın 20-də Əlcəzairin Tizi Uzu şəhəri yaxınlığında “Əl Qaidə” ilə əlaqəli qruplaşmanın üzvləri tərəfindən girov götürülüb. 55 yaşlı Erve Qurdelin edam səhnəsini əks etdirən video görüntü onun qaçırılmasından 3 gün sonra yayılıb. Video çarx “Fransa hökumətinə qanlı məktub” adlandırılıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR