Bank Of Baku

Ərdoğan: “Türkiyədə prezident üsul-idarəsinə ehtiyac var”

Ərdoğan: “Türkiyədə prezident üsul-idarəsinə ehtiyac var”
# 17 yanvar 2015 10:37 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. “Türkiyədə prezident üsul-idarəsinə ehtiyac var”.

 

APA-nın “Sabah”a istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-dən olan millət vəkilləri ilə keçirdiyi mətbuata qapalı toplantıda bildirib.

 

Prezident sarayında baş tutan toplantı 3,5 saat çəkib. R.T.Ərdoğan millət vəkilləri ilə söhbətində yanvarın 19-da baş tutacaq Nazirlər Kabinetinin müşavirəsinə toxunub. O qeyd edib ki, hökumət və Prezident Administrasiyası arasında koordinasiyanın təminatı üçün prezident üsul-idarəsinə ehtiyac var.

 

Prezident iqtisadi məsələlərdən də danışaraq, qeydiyyatdan kənar iqtisadiyyatın leqallaşması və çox sərt qərarlardan çəkinmək barədə tövsiyələr verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR