Bank Of Baku

Fevralın 6-8-də Almaniyada 51-ci Münhen Təhlükəsizlik Konfransı keçiriləcək

Fevralın 6-8-də Almaniyada 51-ci Münhen Təhlükəsizlik Konfransı keçiriləcək
# 04 fevral 2015 14:07 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova – APA. Fevralın 6-8 tarixlərində Almaniyada 51-ci Münhen Təhlükəsizlik Konfransı keçiriləcək.

 

APA-nın məlumatına görə, konfransda 20-dən çox dövlət və hökumət başçısı, 60-dan çox ölkənin xarici işlər və müdafiə nazirləri, 400-dən çox tanınmış siyasətçi iştirak edəcək.

 

51-ci Münhen Təhlükəsizlik Konfransının əsas mövzusu Ukrayna məsələsi nöqteyi-nəzərindən beynəlxalq nizamın pozulması və onun Avropanın təhlükəsizliyinə təsiri, habelə  Orta Asiyadakı vəziyyət olacaq. Qaçqınlar problemi və terrorizmə qarşı mübarizə kimi məsələlər də diqqətdə saxlanılacaq.

 

Konfransda Almaniya kansleri Angela Merkel, Finlandiya prezidenti Sauli Ninistö, Litva prezidenti Dalya Qribauskayte, Estoniya prezidenti Tomas Henrik İlves, İraqın baş naziri Əl-Abadi, Litva baş naziri Tammam Salam, NATO baş katibi Yens Stoltenberq, Avropa parlamentinin prezidenti Martin Şultz, Rusiya xarici işlər naziri Sergey Lavrov və digərləri iştirak edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR