Bakı-APA. Finlandiyanın Mərkəzi İstintaq Bürosu ölkənin tarixində ilk dəfə terrorçuluq üzrə cinayət işinin araşdırılmasına başlayıb. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, Helsinkidə terror xarakterli cinayətlər törətmək ittihamı ilə 3 kişi həbs olunub. Polisin bir neçə ünvanda axtarış keçirdiyi də bildirilir.
Hüquq-mühafizə orqanlarından həbs olunan şəxslərin “İŞİD”lə əlaqəli olub-olmadığı barədə heç bir məlumat verilməyib.