Bank Of Baku

Fransada yəhudi mərkəzini mühafizə edən hərbi patrula hücum olub

Fransada yəhudi mərkəzini mühafizə edən hərbi patrula hücum olub
# 03 fevral 2015 22:49 (UTC +04:00)

Bakı-APA. Fransanın Titsa şəhərində yəhudi mədəniyyəti mərkəzini mühafizə edən üç fransalı hərbçi  hücuma məruz qalıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bıçaqla silahlanmış şəxsin hücumu nəticəsində,  hərbçilərdən biri qolundan, ikisi isə üzündən xəsarət alıb. Məlumata görə, hərbçilərdən  biri ağır xəsarətlər alıb, lakin onların heç birinin həyatına təhlükə yoxdur.    

 

Hücum edən şəxs hadisə yerində saxlanılıb, onun üzərindən 2 bıçaq aşkarlanıb. Hücumun səbəbləri hələlik müəyyənləşdirilməyib.     

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR