Bank Of Baku

Gələn ilin martında Türkiyədə ilk AES-in təməlqoyma mərasimi keçiriləcək

Gələn ilin martında Türkiyədə ilk AES-in təməlqoyma mərasimi keçiriləcək
# 02 dekabr 2014 11:51 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Türkiyədə Rusiya layihəsi üzrə gerçəkləşəcək “Akkuyu” Atom Elektrik Stansiyasının təməlqoyma mərasimi 2015-ci ilin martında baş tutacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

 

“Bu ay ərzində biz AES-in yerləşəcəyi bölgədə liman inşaatı ilə bağlı tender elan edəcəyik, mart ayında isə iki ölkənin liderlərinin iştirakı ilə layihənin təməlqoyma mərasimini keçirmək istəyirik”, – deyə T. Yıldız qeyd edib.

 

Nazir bəyan edib ki, Türkiyənin Ekologiya Nazirliyi tərəfindən “Akkuyu”nun ətraf mühitə təsiri barədə hesabatın təsdiqlənməsi Vladimir Putinin Türkiyəyə səfəri öncəsi Rusiyaya dostluq jesti kimi dəyərləndirilə bilər: “Hesabatın 3700 səhifəsi diqqətlə təhlil olunub və Türkiyə tərəfində layihənin təhlükəsizliyinə şübhə qalmayıb”.

 

Qeyd edək ki, Mersin yaxınlığında yerləşəcək “Akkuyu” AES-in inşaatı barədə saziş  2010-cu ildə imzalanıb. 4 reaktordan ibarət və hər enerji bloku 1200 meqavatt enerji verə biləcək AES-in layihə qiyməti 20 milyard dollardır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR