Bakı. Zümrüd Paşayeva – APA. “Ötən iki il ərzində Gürcüstan hökuməti Rusiya ilə əlaqələri normallaşdırmaq və iki ölkə arasındakı gərginliyi azaltmaq üçün müvafiq addımlar atıb”. APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib.
“Münasibətləri normallaşdırmaq üçün konstruktiv və praqmatik addımlar atılıb, Rusiya tərəfi ilə dialoq keçirilib. Düşünmürəm ki, Rusiya bizim bu cəhdlərimizə Abxaziya ilə müqavilə imzalayaraq cavab verəcək. Bu, Rusiyanın maraqlarına uyğun deyil”, - deyə İ. Qaribaşvili söyləyib.