Bakı. Rüfət Əhmədzadə – APA. Gürcüstan NATO missiyası çərçivəsində Əfqanıstana 750 hərbçi göndərir. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə sənəd Gürcüstan parlamenti tərəfindən ratifikasiya olunub.
Qeyd olunur ki, Gürcüstan Əfqanıstana bir tabor və bir bölük göndərəcək, bu qüvvələrin maliyyələşməsi isə Gürcüstan dövləti tərəfindən həyata keçiriləcək.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası NATO-nun Əfqanıstanda yeni missiya planını təsdiqləyib. Bu missiya çərçivəsində alyansın hərbçiləri Əfqanıstanın yerli təhlükəsizlik qüvvələrinə təlim keçəcək və lazımi kömək göstərəcəklər.