APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, dövlət tərəfindən maliyyələşdirilən dini icmalar 2015-ci ildə ikiqat maliyyə alacaq, dövlət və dini icmalar arasında gələcəkdə də tərəfdaşlıq və əməkdaşlıq davam edəcək.
Z. Vaşakmadze konfessiyalara ayrılan vəsaitin dörd konfessiya ilə agentlik arasında bağlanan müqaviləyə əsasən, mədəni, xeyriyyə, bərpa, maarifləndirmə və dini məqsədlərə sərf olunacağını bildirib. O, dövlət büdcəsindən ayrılan vəsaitin Gürcüstan Pravoslav Kilsəsi, Gürcüstan Müsəlmanlar İdarəsi, erməni Apostol Pravoslav Müqəddəs Kilsəsi və yəhudi icması üçün müəyyən edildiyini qeyd edib.