Bank Of Baku

Gürcüstan paytaxtında "Tbilisoba" bayramı keçirilib

Gürcüstan paytaxtında "Tbilisoba" bayramı keçirilib
# 25 oktyabr 2014 18:38 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bayram tədbirində Gürcüstanın baş naziri İrakli Qaribaşvili və bütün Gürcüstanın katalikos-patriarxı II İlya iştirak ediblər.

 

Tiflisdə fəaliyyət göstərən "Ceyran" folklor rəqs ansamblı  "Tbilisoba" bayramında çıxış edib və gənc azərbaycanlı rəqqasələr Azərbaycan və gürcü rəqslərindən ibarət folklor nümunələrini, o cümlədən "Sarı gəlin" rəqsini nümayiş etdiriblər.

 

Bayramın proqramı sabah davam edəcək, müxtəlif konsert və şou-proqramlar nümayiş olunacaq,  eyni zamanda retro-avtomobillərin, rəsm əsərlərinin sərgisi, meyvə festivalı və şərab paradı keçiriləcək.

 

Bu gün bayram tədbirləri bölgələrdə də başlayıb. Qardabanidə "Qardabnoba" ("Qardabani Günü") adlanan bayram keçirilir.

 

"Tbilisoba" bayramı artıq 35-ci dəfədir ki, keçirilir. Bayramın keçirilməsinə 1979-cu  ildən başlanıb və 1988-ci ildən bəri mütəmadi olaraq qeyd edilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR