Bank Of Baku

Gürcüstan səhiyyə naziri: "Gürcüstan və Azərbaycan səhiyyə nazirlikləri arasında əməkdaşlıq daha da inkişaf etdiriləcək"

Gürcüstan səhiyyə naziri: "Gürcüstan və Azərbaycan səhiyyə nazirlikləri arasında əməkdaşlıq daha da inkişaf etdiriləcək"
# 14 yanvar 2015 15:49 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. "Gürcüstan və Azərbaycan səhiyyə nazirlikləri arasında əlaqələr yüksək səviyyədə inkişaf edir. Biz bu əməkdaşlığı daha da genişləndirməyə çalışırıq”.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Tiflisdə keçirdiyi mətbuat konfransında Gürcüstanın səhiyyə və əhalinin sosial müdafiə naziri David Sergiyenko bildirib.

 

Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan səhiyyə nazirlikləri arasında səhiyyənin inkişafı ilə əlaqədar həm təcrübə, həm də müxtəlif layihələrin həyata keçirilməsi baxımından fikir mübadiləsi aparılır.

 

Gürcüstanın səhiyyə naziri əmək miqrantları ilə bağlı problemləri həll etmək üçün çalışdıqlarını bildirib: "Biz indi bu sahədə olan problemləri aradan qaldırmaq üçün qanun layihəsi qəbul edəcəyik. Bununla bağlı hazırlıq işləri görülür. Biz həmin qanunda əmək miqrantlarının sosial müdafiəsi üçün lazım olan bütün məsələlərə aydınlıq gətirəcəyik. "Əmək miqrantları haqqında" adlandırılacaq qanun bu yaxınlarda Gürcüstan parlamentinə təqdim olunacaq. Düşünürəm ki, müzakirələrdən sonra qanun qüvvəyə minəcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR