Bank Of Baku

Gürcüstan XİN elektron viza sistemi yaradıb

Gürcüstan XİN elektron viza sistemi yaradıb
# 10 fevral 2015 10:55 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Gürcüstan xarici ölkə vətəndaşlarının ölkəyə səfərini asanlaşdırmaq üçün elektron viza sistemi yaradıb. APA-nın məlumatına görə, Gürcüstan Xarici İşlər Nazirliyi tərəfindən yaradılan www.evisa.gov.ge saytı turizm, diplomatik, rəsmi və digər məqsədli səfərlər üçün qısamüddətli viza almaq imkanı verəcək. Bununla da dünyanın 102 ölkəsindən vətəndaşlar Gürcüstana səfər etmək üçün daha asan yolla viza ala biləcəklər. Viza almaq istəyən şəxslər sayta daxil olmalı, onlayn ərizəni doldurmalı, plastik kartla ödəniş etməlidir.

 

Xatırladaq ki, daha öncə Gürcüstana səfər etmək istəyən əcnəbilər öz ölkələrindəki Gürcüstan səfirliyinə müraciət etməli olurdular. Gürcüstan hökuməti ümid edir ki, yeni sistem ölkənin turizm sektorunun inkişafına imkan yaradacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR