Bank Of Baku

Gürcüstan XİN rəhbəri: “Rusiya ilə ticarət məsələlərinə dair dialoq mənasızdır”

Gürcüstan XİN rəhbəri: “Rusiya ilə ticarət məsələlərinə dair dialoq mənasızdır”
# 30 yanvar 2015 14:09 (UTC +04:00)

APA-nın “Radio Svoboda”ya istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan xarici işlər naziri Tamar Beruçaşvili bildirib.

 

Onun sözlərinə görə, indiki mərhələdə danışıqları davam etdirmək mənasızdır: “Rusiya ilə ticarət məsələlərinə dair dialoqu dayandırmışıq, çünki bunun mənası yoxdur. Rusiya istənilən an embarqonu işə sala bilər”.

 

T. Beruçaşvili qeyd edib ki, əsas siyasi məsələlərdə Rusiya destruktiv addımlar atmaqda davam edir. Onun sözlərinə görə, bu, Moskvanın Suxumi rejimi ilə imzaladığı strateji tərəfdaşlıq sazişində öz əksini tapıb.

 

Gürcüstan XİN başçısı onu da əlavə edib ki, Rusiya Abxaziyadakı hərbi kontingentini gücləndirib.

 

“Bu ərazilərdə rusiyalı hərbçilərin sayı 11,5 minə çatıb. Növbəti addım Cənubi Osetiya olacaq. Çünki Krım ssenarisinin burada da təkrarlanmasının və Cənubi Osetiyanın Rusiyaya ilhaq edilməsinin əlamətləri görünür”, – deyə T. Beruçaşvili vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR