Gürcüstan. Nizami Məmmədzadə-APA. Marneulidə daha bir təyinat olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, 3 saylı azərbaycandilli orta məktəbin direktoru Ruslan Hacıyev Marneuli Təhsil Resursları Mərkəzinin rəhbəri təyin olunub.
Ruslan Alı oğlu Hacıyev 1978-ci il yanvarın 1-də Marneuli rayonunun Əzizkənd kəndində anadan olub. 1994-cü ildə Alget üzümçülük sovxoz kəndində rus orta məktəbini bitirib. 1999-cu ildə İ. Cavaxişvili adına Universitetin hüquq fakültəsinin magistraturasını bitirib.
2001-2002-ci illərdə Marneuli rayon İcra Hakimiyyətində sosial məsələlər idarəsində mütəxəssis kimi çalışıb. Sonra icra hakimiyyətində hüquq şöbəsinin müdiri təyin edilib. 2006-2011-ci illərdə müxtəlif şirkətlərdə Kvemo Kartli üzrə bölgə rəhbəri vəzifəsində çalışıb. 2011-2012-ci illərdə Marneuli şəhər 2 saylı orta məktəbin, sonra 2014-cü ilin sentyabr ayınadək Marneuli 3 saylı orta məktəbin direktoru vəzifəsində işləyib. Bu ilin sentyabr ayından Marneuli Təhsil Resursları Mərkəzinin rəhbəri təyin olunub.
Ailəlidir, iki övladı var.