Bank Of Baku

Gürcüstanda maşınların məcburi texniki baxışdan keçirilməsinə 2017-ci ilin son günündən başlanacaq

Gürcüstanda maşınların məcburi texniki baxışdan keçirilməsinə 2017-ci ilin son günündən başlanacaq
# 03 fevral 2015 21:50 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda maşınların məcburi texniki baxışdan keçirilməsinə 2017-ci ilin dekabrın 31-dən başlanacaq . APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə hökumət tərəfindən hazırlanan müvafiq qanun layihəsi artıq Gürcüstan parlamentinə təqdim olunub.

 

Yol hərəkəti qanununa görə, ölkədə məcburi texniki baxış gələn il martın 1-dən həyata keçirilməli idi. Yeni hazırlanmış qanun layihəsinə görə, texniki baxışın müddəti 2017-ci ilin dekabrın 31-ə keçirilib. Hazırlanan layihənin tezliklə parlamentdə baxılması planlaşdırılıb. 

 

Məlumata görə, hazırda yalnız şəhər daxilində müntəzəm olaraq sərnişin daşıyan nəqliyyatlar,  həmçinin beynəlxalq nəqliyyat vasitələri, təhlükəli mallar daşıyan maşınlar, üç min və ya daha çox tona malik yükdaşıma qabiliyyəti olan yük avtomobilləri məcburi texniki baxışdan keçməlidir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR