Bank Of Baku

Gürcüstanda məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs zaldan qaçıb

Gürcüstanda məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs zaldan qaçıb
# 03 fevral 2015 14:44 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Gürcüstanda məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs zaldan qaçıb.

 

APA-nın “Georgia online” saytına istinadən verdiyi məlumata görə, hadisə Kaxeti bölgəsində baş verib.

 

21 yaşlı Dmitri Xaçiaşvili yaxınlıqdakı stolun üstündən açarları götürərək saxlanıldığı qəfəsi aça bilib. Sonra o, zalın pəncərəsindən qaçmağa müvəffəq olub.

 

D. Xaçiaşvili paytaxta qaçmaq istəyərkən polis tərəfindən saxlanılsa da, havanın qaranlıq olmasından istifadə edərək yenə qaça bilib.

 

D. Xaçiaşvili internet vasitəsi ilə tanış olduğu şəxsi bıçaqladığına görə 2 il həbs cəzası alıb. Onun xəsarət yetirdiyi şəxsin cinsi azlıq nümayəndəsi olduğu bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR