APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən verdiyi məlumata görə, nazirliyin 5 nəfər məmuru Tiflis şəhər meriyasının qərarına əsasən saxlanılıb. Gürcü mətbuatının yayımladığı informasiyada bildirilib ki, müdafiə nazirliyinin vəzifəli şəxsləri büdcədən 4 102 872 lari həcmində pul vəsaiti mənimsəməkdə günahkar bilinirlər.
Saxlanılan şəxslərə 48 saat ərzində ittiham irəli sürüləcəyi gözlənilir. Gürcüstan CM-nin 182-ci (mənimsəmə) maddəsinə əsasən istintaq aparılır. Faktlar təsdiq olarsa, onlar 7-dən 11 ilədək azadlıqdan məhrum edi lə bilər.