Bakı – APA. Gürcüstanın baş naziri İrakli Qaribaşvili yaxın zamanlarda Ukraynaya səfər etməyi planlaşdırır.
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Gürcüstan Xarici İşlər Nazirliyinin nümayəndəsi David Kereselidze deyib.
Ukrayna Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqlənmədiyini deyən D. Kereselidze bu üzdən səfərin dəqiq tarixinin hələlik məlum olmadığını bildirib. O qeyd edib ki, səfər zamanı Ukrayna-Gürcüstan münasibətləri ilə bağlı aktual məsələlər müzakirə olunacaq.
Xatırladaq ki, Ali Radanın iclasında Ukrayna prezident Pyotr Poroşenko xarici vətəndaşların hökumətdə təmsil olunması üçün qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış edib. Ukrayna hakimiyyəti Gürcüstanın sabiq baş prokuroru Zurab Adeişvilini daxili işlər naziri postuna, Gürcüstan daxili işlər nazirinin sabiq müavini Eka Zquladzeni isə daxili işlər nazirinin müavini postuna dəvət etməyə hazırlaşır.