Bank Of Baku

Gürcüstanın yeni daxili işlər nazirinin adı məlum olub

Gürcüstanın yeni daxili işlər nazirinin adı məlum olub
# 26 yanvar 2015 12:35 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanın daxili işlər naziri postuna Vaxtanq Qomelauri təyin olunub.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan Daxili İşlər Nazirliyindən bildiriblər ki, V. Qomelauri istefa vermiş Aleksandr Çikaidzenin I müavini olub.

 

V. Qomelauri baş nazirin ona göstərdiyi etimadı doğruldacağını bildirib.

 

Qeyd edək ki, V. Qomelauri 2013-cü ilədək Bidzina İvanişvilinin şəxsi təhlükəsizlik xidmətinin rəisi olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR