Bank Of Baku

Haaqa məhkəməsi Serbiyanın xorvatlara qarşı soyqırımı törətmədiyi barədə qərar çıxarıb

Haaqa məhkəməsi Serbiyanın xorvatlara qarşı soyqırımı törətmədiyi barədə qərar çıxarıb
# 03 fevral 2015 13:01 (UTC +04:00)

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, Haaqa məhkəməsi Serbiyanın Xorvatiyada irimiqyaslı cinayətlər törətdiyi, lakin bunun soyqırımı olmadığı qənaətinə gəlib.

 

Məhkəmə qərarını sədr Peter Tomka oxuyub. 

 

Qeyd edək ki, 1999-cu ildə məhkəməyə müraciət edən Xorvatiya Serbiyanı dinc vətəndaşlara qarşı soyqırımı siyasətini yürütməkdə ittiham edib və Belqraddan təzminat tələb edib. Serbiya isə 2012-cu ildə Xorvatiyaya qarşı məhkəmədə iddia qaldıraraq, Zaqrebi 239 min serbi sürgün etməkdə günahlandırıb.

 

Xatırladaq ki, sözügedən müharibə 1991-95-ci illərdə baş verib və Xorvatiyanın keçmiş Yuqoslaviya İttifaqından çıxması ilə nəticələnib. Müharibə illərində 20 mindən çox insan öldürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR