Bakı. Məlahət Nəcəfova - APA. “İtaliya Ukraynaya öldürücü silahların satılmasının əleyhinədir”.
APA-nın məlumatına görə, bunu İtaliya xarici işlər naziri Paolo Centiloni “Radio 24” radiosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukraynaya silah satılması İtaliya və Avropa İttifaqının dəstək verəcəyi qərar deyil: “Biz Ukraynada separatçıların aqressiv hərəkətlərdən vaz keçməsinə nail olmalıyıq, habelə sanksiyalar yolu ilə Rusiyadan onları dayandırmağı tələb etməliyik”.