Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin 27-ci sessiyasında quruma yeni sədr seçilib. APA-nın Avropa bürosunun xəbərinə görə, Fransanın Konqresdəki nümayəndə heyətinin üzvü, senator Jan-Klod Frekon Konqresin yeni sədri olub. Konqresin sədri iki il müddətinə seçilir.
Qeyd edək ki, Jan-Klod Frekon Konqresdə Azərbaycan üzrə həmməruzəçi vəzifəsində də çalışıb.