Bank Of Baku

Jan-Klod Yunker: 30 ildən sonra Avropa İttifaqına üzv olan ölkələrin heç biri G7-də yer almayacaq

Jan-Klod Yunker: 30 ildən sonra Avropa İttifaqına üzv olan ölkələrin heç biri  G7-də yer almayacaq
# 29 yanvar 2015 03:24 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının  sədri Jan-Klod Yunker Fransanın “Fiqaro” qəzetinə müsahibəsində bəyan edib.

 

“Təqribən 30 ildən sonra Avropa İttifaqının heç bir ölkəsi dünyanın qabaqcıl dövlətləri klubu olan G7-də  yer almayacaq", deyə J-K. Yunker bildirib. Onun sözlərinə görə, əgər 1900-cu ildə Avropada dünyanın 20% əhalisi yaşayırdısa, 2100-ci ildə bu göstərici cəmi 4% təşkil edəcək.  

 

Həmçinin Avropa Komissiyasının  sədri Yunanıstanın avrodan imtina etməsi və Avropa İttifaqından çıxması ehtimalına dair siyasi spekulyasiyaları yersiz hesab edib: “Biz onsuzda kiçik bir qitəyik. Parçalanma barədə müzakirələrin zamanı deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR