Bank Of Baku

Cövhər Dudayevin oğlu saxta pasportlar hazırlamaqda ittiham olunur

Cövhər Dudayevin oğlu saxta pasportlar hazırlamaqda ittiham olunur
# 04 dekabr 2014 15:52 (UTC +04:00)

Bakı – APA. Litvada Çeçenistanın sabiq prezidenti Cövhər Dudayevin kiçik oğlunun məhkəməsi başa çatıb.

 

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, saxta pasportları hazırlamaqda ittiham olunan Degi Dudayevə 940 avro məbləğində cərimə kəsilib.

 

D. Dudayev bu məbləği 1 ay ərzində ödəməlidir.

 

Öz günahını etiraf edən sabiq prezidentin oğlu cinayəti Avropa ölkələrinə köçmək istəyən qohumlarına kömək məqsədi ilə törətdiyini bildirib. D. Dudayev qohumlarının hazırda Rusiyada yaşadığını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR