Bank Of Baku

M.Çavuşoğlu: “İŞİD tərəfində Türkiyənin 600 vətəndaşı vuruşur, onlardan azı 100-ü ölüb”

M.Çavuşoğlu: “İŞİD tərəfində Türkiyənin 600 vətəndaşı vuruşur, onlardan azı 100-ü  ölüb”
# 25 noyabr 2014 23:09 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Türkiyə XİN rəhbəri Mövlut Çavuşoğlu ötən gün ölkə parlamentində çıxışı zamanı deyib.  

 

“Kəşfiyyatın məlumatına görə, İŞİD tərəfində əməliyyatlarda Türkiyənin 600-dək  vətəndaşı iştirak edir, onlardan azı 100-ü döyüşlər zamanı ölüb”, deyə nazir bildirib.

 

O, əlavə edib ki, 7000-dən çox xarici vətəndaşa ölkəyə girişinə qadağa qoyulub, ekstremist qruplaşmalar ilə əlaqəli olmaqda şübhəli bilinən azı 1100 nəfər ölkədən çıxarılıb.  Rəsmi Ankara 2013-cü ildən başlayaraq əcnəbi silahlılarının ölkə ərazisindən, xüsusi ilə də aeroportlardan  keçməsinin qarşısının alınması üzrə tədbirləri gücləndirib.  

 

Çavuşoğlunun sözlərində görə, Türkiyənin Suriya və İraqla sərhədinin 1000 km-dən çox uzunluğu var və əcnəbi silahlıların ölkə ərazisindən keçməsinin qarşısını  təkbaşına almaq  çox çətindir.  Çavuşoğlu Qərb ölkələrini bu məsələdə Türkiyə ilə sıx əməkdaşlıq etməyə çağırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR