Bank Of Baku

Macarıstan baş naziri: “Ukraynadan yan keçməklə, qaz nəqli üçün alternativ imkanlar axtarırıq”

Macarıstan baş naziri: “Ukraynadan yan keçməklə, qaz nəqli üçün alternativ imkanlar axtarırıq”
# 05 dekabr 2014 09:39 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Macarıstan baş naziri Viktor Orban çıxış edib.

 

O qeyd edib ki, başlıca məqsəd qaz nəqlinin təhlükəsizliyini təmin etməkdir. Ölkəsinin Azərbaycanla yaxşı münasibətlərə malik  olduğunu deyən V. Orban bildirib ki, Macarıstan Rusiyanın “Cənub axını” boru xətti layihəsindən imtinasından sonra müxtəlif variantları nəzərdən keçirir.   

 

Xatırladaq ki, bir müddət öncə Macarıstan xarici işlər naziri Peter Siyarto cənub marşrutu üzrə Azərbaycandan enerji daşıyıcılarının alınmasının mümkünlüyünə işarə edib. Eyni zamanda o digər variantların nəzərdən keçirilməsinin vacibliyini önə çəkib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR