Bank Of Baku

Merkel: “Putinin G-7 liderlərinin növbəti toplantısına dəvət almaq şansı yoxdur”

Merkel: “Putinin G-7 liderlərinin növbəti toplantısına dəvət almaq şansı yoxdur”
# 16 yanvar 2015 10:50 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Rusiya prezidenti Vladimir Putinin G-7 liderlərinin növbəti toplantısına dəvət almaq şansı yoxdur.

 

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə bu ilin iyun ayında G-7 sammitinə ev sahibliyi edəcək Almaniya kansleri Angela Merkel bildirib.

 

“G-7 və keçmiş G-8 özünü həmişə dəyərlərə əsaslanan birlik kimi nümayiş etdirib. Krımın ilhaq olunması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və Ukraynanın şərqində baş verənlər ümumi dəyərlərə xələl gətirir”, – deyə Merkel qeyd edib.

 

O əlavə edib ki, Rusiyaya qarşı sanksiyalara yenidən baxılmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR