APA-nın “HDP millət vəkili Səbahat Tuncel 1915-ci il hadisələrinə görə Türkiyə dövlətinin ermənilərdən üzr istəməsi ilə bağlı Məclisə təklif verib. Bununla bağlı nə demək istərdiniz?”- sualını T. Toskay belə cavablandırıb:
“Bizim HDP-dən gələn təklifi ciddi qarşılamağımız mümkün deyil. Bu təklifi rədd edirik. HDP və AKP türk millətini söymək üçün sanki bir-biriylə yarışa giriblər. Ona görə də HDP millət vəkilinin təklifinə AKP-dən hər hansı ciddi reaksiya göstəriləcəyinə inanmıram. Milliyyətçi Hərəkat Partiyasının bu məsələlərdə mövqeyi açıq-aydındır. Qardaş Azərbaycanın əziz torpaqları erməni işğalından azad edilmədikcə, Ermənistan Türkiyəyə qarşı qondarma “soyqırım” iddiasından vaz keçib Şərqi Anadolu sərhədlərimizi tanımadıqca, Türkiyə-Ermənistan münasibətlərində heç bir “normallaşmadan” söhbət gedə bilməz”.