Bakı. Rüfət Əhmədzadə - APA. NATO-nun yeni baş katibi Yens Stoltenberq üzv-ölkələrin nazirlərinin 2015-ci ilə planlaşdırılan görüşü barədə danışıb.
APA-nın “Reuters”ə istinadən məlumatına görə, Polşaya səfəri zamanı Y.Stoltenberq deyib ki, bu görüşdə NATO-nun xarici təhdidlərə çevik reaksiya verməsi ilə bağlı müzakirələr gedəcək: “NATO çevik reaksiya qüvvələri olmadan da güclü orduya malikdir və harda istəsə, orda da yerləşdirə bilər”.
Onun sözlərinə görə, NATO rəsmi Moskva ilə münaqişəyə girmək fikrində deyil və əgər NATO-Rusiya birgə iclası ilə bağlı sorğu daxil olsa, bunu nəzərdən keçirə bilər.