APA-nın Gürcüstan bürosunun məlumatına görə, NATO rəsmisinin səfərdə məqsədi bölgədə yaşayan azərbaycanlıları bu qurumun fəaliyyəti barədə məlumatlandırmaq olub.
NATO rəsmisi Marneulidəki Gənclər Mərkəzinin fəaliyyəti ilə tanış olub.
NATO rəsmisi təmsil etdiyi qurumla Gürcüstan arasındakı münasibətlər barədə danışıb. O, təşkilatın Gürcüstan hökuməti ilə kommunikasiyanı davam etdirdiyini qeyd edib: “Biz dialoq və diskussiya aparırıq".