Bank Of Baku

Niderlandda terror aktları hazırlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb

Niderlandda terror aktları hazırlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb
# 25 noyabr 2014 22:28 (UTC +04:00)

Bakı-APA. Niderlandda polis terror aktları hazırlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, saxlanılanlardan biri əvvəl Suriyada silahlıların tərəfində vuruşub.  

 

“Onlar terror aktları hazırlamaqda və “Əl Qaidə”-nin Suriya qolu olan “Ən Nüsrə Cəbhəsi” qruplaşmasına qoşulmaq niyyətlərinin olmasında şübhəli bilinirlər”, deyə prokurorluğun bəyanatında qeyd olunur.  

 

Prokurorluğun məlumatına görə, 130 Hollandiya vətəndaşı Suriyaya yollanıb, onlardan 30-u geri dönüb, 14 nəfər isə döyüşlərdə həlak olub.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR