APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, görüşlərdə İranın nüvə proqramı ətrafında müzakirələr aparılıb.
Görüşlərin nəticələri barədə məlumat verilmir.
Yanvarın 14-də Con Kerri və Məhəmməd Cavad Zərif arasında İşveçrənin Cenevrə şəhərində baş tutmuş görüş 5 saat davam etmişdi. Qeyd edək ki, yanvarın 18-də Cenevrədə İranla “altılıq” ölkələri arasında danışıqların yeni raundu başlayacaq.