Bank Of Baku

Parisdə Çarli Çaplinin ilk “Oskar”ı oğurlanıb

Parisdə Çarli Çaplinin ilk “Oskar”ı oğurlanıb
# 10 fevral 2015 02:40 (UTC +04:00)

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, heykəlciyin dəyəri 1 milyon dollar qiymətləndirilir.

 

Təşkilatın ofisindən həmçinin Ç.Çaplinə məxsus,  hər birinin qiyməti 90 min dollara bərabər qələmlər yoxa çıxıb.

 

Cinayətkarlar yalnız adıçəkilən əşyaları götürüblər. Polisdən verilən məlumata görə, “Çaplin Assosiyasıyası”nı qarət edənlər yaxşı məlumatlı olublar. Faktla bağlı araşdırmalara başlanılıb.

 

Qeyd edək ki, Çarli Çaplin (1889-1977) 1929-cu və 1972-ci illərdə incəsənətə verdiyi töhfəyə görə “Oskar” mükafatına layiq görülüb. Daha bir “Oskar”ı isə  Ç.Çaplin  “Ən yaxşı film musiqisi” nominasiyasında qazanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR