Bank Of Baku

Polşa XİN rəhbəri: “Nəyə görə 9 May Qələbə günü həmişə Moskvada qeyd edilir?”

Polşa XİN rəhbəri: “Nəyə görə 9 May Qələbə günü həmişə Moskvada qeyd edilir?”
# 02 fevral 2015 12:35 (UTC +04:00)

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu RMF radiosunun efirində Polşa xarici işlər naziri Qjeqoj Sxetına deyib.

 

Onun sözlərinə görə, 9 May Qələbə gününün London, yaxud da digər Avropa ölkəsinin paytaxtında qeyd edilməsi daha məntiqli olardı. Bununla belə diplomat Qələbə gününün müharibənin başlandığı yerdə qeyd edilməsinin o qədər də xoş olmayacağını bildirib.  

 

Xatırladaq ki, Polşa prezidenti Bronislav Komorovski Qələbə gününü mayın 8-də Qdansk yaxınlığında yerləşən Vesterplatte yarımadasında qeyd etməyi planlaşdırır. O, təntənəli mərasimə Avropa dövlətlərinin liderlərini dəvət etməyi düşünür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR