APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, sabiq nazirin vəkilinin açıqlamasına əsasən, Udrya korrupsiya ilə mübarizə idarəsində izahat verdikdən bir gün sonra polis tərəfindən saxlanılıb. Yelena Udrya ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib.
Prokurorlar iddia edir ki, Yelena Udrya Rumıniyanın məktəblərində proqram təminatının quraşdırılması üzrə qanunsuz sxemlərin yaradılmasında və “pulların yuyulmasında” yaxından istifadə edib.
Qeyd edək ki, Yelena Udrya 2009-2012 cillərdə Rumıniyanın turizm və regional inkişaf naziri vəzifəsində çalışıb.