Bank Of Baku

Tiflisdə "Tolerantlığa dəstək" nominasiyası üzrə qaliblər mükafatlandırılıb - FOTO

Tiflisdə "Tolerantlığa dəstək" nominasiyası üzrə qaliblər mükafatlandırılıb - <span style="color: red;">FOTO
# 17 noyabr 2014 22:07 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın ombudsmanı Uça Nanuaşvili çıxış edərək artıq 19 ildir ki, Gürcüstanda  Beynəlxalq Tolerantlıq Gününün qeyd edildiyini bildirib: "Tolerantlıq sahəsində qarşımızda hələ çox vəzifələr durur, eyni zamanda görüləsi işlərimiz də çoxdur ", U. Noneişvili vurğulayıb.

 

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri vəzifəsini icra edən Tomas Mari çıxışında bildirib ki, tolerantlıq cəmiyyətin əsas dəyərlərindən biridir. T. Mari deyib ki, tolerantlıq zəiflik əlaməti deyil, əksinə güclü olmaq deməkdir. Tədbirdə Gürcüstan ombudsmanının müavini Paata Beltadze 2014-cü ildə tolerantlıq sahəsində görülən işlər haqqında geniş hesabatla çıxış edib.

 

Sonra "Tolerantlığa dəstək" nominasiyası üzrə qaliblər mükafatlandırılıb. Kobuletidəki 5 nömrəli məktəbin direktoru Nərgiz Çincaradze, tarix elmləri doktoru Georgi Ançabadze, Gürcüstanda nəşr olunan Azərbaycan dilli "Gürcüstan" qəzetinin sabiq baş redaktoru, mərhum Süleyman Süleymanov, Gürcüstan Olimpiya Komitəsinin prezidenti Leri Xabelov və başqaları bu nominasiyaya layiq görülüblər. "Gürcüstan" qəzetinin sabiq baş redaktoru Süleyman Süleymanovun mükafatı qızı Leyla Süleymanova təqdim olunub.

 

Tədbirdə gürcü media nümayəndələri arasında tolerantlıq mövzusunda elan olunan müsabiqənin qalibləri olan jurnalistlər də mükafatlandırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR