Bank Of Baku

Türkiyə parlamenti sabiq nazirlərlə bağlı cinayət işini məhkəməyə verməkdən imtina edib

Türkiyə parlamenti sabiq nazirlərlə bağlı cinayət işini məhkəməyə verməkdən imtina edib
# 21 yanvar 2015 05:13 (UTC +04:00)

APA-nın “Anadolu”-ya istinadən verdiyi xəbərə görə,  Türkiyə parlamenti ötən gün axşam saatlarında keçmiş DİN rəhbəri Müammar Gülər, Aİ ilə işlər üzrə dövlət naziri Egemen Bağış,  iqtisadiyyat naziri Zəfər Çağlayan,  ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayrakdar barəsində parlament komissiyasının məruzəsini dinləyib.

 

Gizli səsvermənin nəticələrinə əsasən deputatların əksəriyyəti komissiyanın rəyini dəstəkləyərək, sabiq nazirlər Müammar Gülər və Zəfər Çağlayanın işlərinin hazırkı və keçmiş nazirlər barəsində irəli sürülən ittihamların baxılması üçün çağırılan Ali Məhkəmə Şurasına  verilməsinə qarşı çıxıblar.  

 

Egemen Bağış və  Ərdoğan Bayrakdar barəsində gizli səsvermə bir müddət sonra keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR