Bank Of Baku

Türkiyə prezidenti üçün Amerikadan “Chinook” helikopteri alınır

Türkiyə prezidenti üçün Amerikadan “Chinook” helikopteri alınır
# 14 yanvar 2015 15:24 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Türkiyənin Amerikadan satın alacağı CH-47F “Chinook” ağır yük helikopterinin biri prezidentin istifadəsində olacaq. APA-nın xəbərinə görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Türkiyə Müdafiə Sənayesi İcra Komitəsinin son iclasında əvvəlcə alınması planlaşdırılan 6 ədəd “Chinook”un sayının 11-ə çıxarılması barədə qərar qəbul edilib. Əlavə helikopterlərdən 4-ü Silahlı Qüvvələrin, 1-i isə Prezident Administrasiyasının istifadəsində olacaq.

 

“Chinook” helikopteri tam təchizatlı 55 əsgər, eləcə də xarici asmasında topları, nəqliyyat vasitələrini daşıya bilir. Vyetnam-ABŞ müharibəsində geniş istifadə olunmuş “Chinook”ların ABŞ ordusunun istifadəsində 2040-cü ilədək qalacağı planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR