Bank Of Baku

Türkiyə Rusiya qazının tədarük həcminin azalmasından şikayətlənib

Türkiyə Rusiya qazının tədarük həcminin azalmasından şikayətlənib
# 20 noyabr 2014 22:28 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti məlumat yayıb.

 

“Bu gün  Rusiya qazının tədarük həcmi 42 mln kubmetrdən 27-28 mln kubmetrədək azaldılıb. Bizim üçün bunda yaxşı heç bir şey yoxdur. Biz adi istehlakı təmin edirik, azalma səbəbindən isə bizim ehtiyaclarımız günü-gündən artır”, deyə Türkiyənin energetika naziri Taner Yıldız bildirib.

 

Onun sözlərinə görə, bu problem yaxın günlərdə Moskvada Rusiyanın energetika naziri Aleksandr Novak ilə müzakirə olunacaq. “Gələn həftə Moskvada həmkarım Aleksandr Novak ilə görüş nəzərdə tutulub və biz bu məsələni gündəmə çıxaracağıq. Bu məsələ ayın sonunadək həllini tapmalıdır”, deyə T.Yıldız bildirib.  

 

Qeyd edək ki, Rusiya Türkiyənin əsas tədarükçüsüdür. Ötən il Rusiyadan Türkiyəyə 26,7 mlrd kubmetr qaz tədarük olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR