Bank Of Baku

Türkiyə səfiri: "Ankara Rusiyaya qarşı sanksiyalara qoşulmaq niyyətində deyil"

Türkiyə səfiri: "Ankara Rusiyaya qarşı sanksiyalara qoşulmaq niyyətində deyil"
# 24 oktyabr 2014 13:14 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmaq niyyətində deyil. 

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Türkiyənin Rusiyadakı yeni səfiri Ümit Yardım "Rossiya Seqodnya" agentliyində keçirdiyi mətbuat konfransında deyib. 

 

"Mən İranda çalışdığım zaman anladım ki, siyasətdə gözlənilən nəticəni əldə etmək üçün sanksiya metod deyil. Türkiyənin mövqeyi BMT Təhlükəsizlik Şurasının çıxardığı qərarlara uyğun hərəkət etməkdir. Bu istiqamətdə münasibətlərimizi davam etdirəcəyik",- deyə Y. Yardım bildirib.

 

Səfir Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının dekabr ayında keçiriləcəyini də söyləyib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR