Bank Of Baku

Türkiyədə davam edən kütləvi iğtişaşlarda ölənlərin sayı 19-a çatıb

Türkiyədə davam edən kütləvi iğtişaşlarda ölənlərin sayı 19-a çatıb
# 08 oktyabr 2014 16:17 (UTC +04:00)

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Diyarbəkir başda olmaqla, Türkiyənin müxtəlif vilayətlərində baş verən kütləvi iğtişaşlar nəticəsində ölənlərin sayı 19-a çatıb. 

 

Diyarbəkirdə təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı 10, Mardin vilayətində 3, Siirt vilayətində 3, Muş, Van və Batman vilayətlərinin hər birində isə 1 nəfər ölüb.  

 

Mersin vilayətinin Tarsus rayonunda PKK-çılar yerli polis rəisi Haydar Çelikə odlu silahdan atəş açıblar. H. Çelik sol əlindən yaralanaraq xəstəxanaya çatdırılıb.

 

İğtişaşlar davam edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR