Bank Of Baku

Türkiyədə Məhəmməd peyğəmbərin karikaturasını yayan saytlara giriş məhdudlaşdırılıb

Türkiyədə Məhəmməd peyğəmbərin karikaturasını yayan saytlara giriş məhdudlaşdırılıb
# 14 yanvar 2015 16:02 (UTC +04:00)

APA-nın “Hürriyyet”ə istinadən verdiyi məlumata görə, Məhəmməd peyğəmbərin karikaturasını yayan saytların karikatura olan səhifələrinə girişin məhdudlaşdırılması tələbi ilə vəkil Ercan Ezgin çıxış edib.

 

Vəkilin tələbinə haqq qazandıran məhkəmə 4 saytın – birgun.net, t24.com, internethaber.com və thelira.com saytlarının karikatura olan səhifələrinə girişin məhdudlaşdırılması haqqında qərar qəbul edib.

 

Hər kəsin ifadə azadlığı haqqına sahib olduğunu deyən məhkəmənin hakimi Özcan Kuşatan digər insanların da haqlarının qorunmasının vacibliyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR