Bank Of Baku

Türkiyədə şaxtanın uçması ilə bağlı 8 nəfər saxlanılıb

Türkiyədə şaxtanın uçması ilə bağlı 8 nəfər saxlanılıb
# 08 noyabr 2014 19:24 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə bu gün Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.  

 

“Baş prokuror bizə saxlanılanlar arasında şaxtanın sahibi, onun iki şəriki və texniki şöbənin 5 əməkdaşının olduğunu bildirib”, deyə T.Yıldız bildirib.  Nazirin sözlərinə görə, şaxtanın su altında qalmasına səbəb qazıntı işlərinin su ilə dolu köhnə şaxtanın həddindən çox yaxınlığında (6-7 metrlikdə) aparılması olub.

 

“Bu, şaxtanın texniki personalının yol verdiyi səhvdir. Onlar işçilərin xəbərdarlıqlarına məhəl qoymayaraq onlara köhnə şaxtanın 50-60 metr aralıda olduğunu inandırmağa çalışıblar”, deyə nazir əlavə edib.   

 

Xatırladaq ki, Karaman vilayətinin Ermenek şəhəri yaxınlığındakı kömür mədənində uçqun oktyabrın 28-də baş verib. Su borusunun zədələnməsi səbəbindən baş vermiş uçqun nəticəsində 18 şaxtaçı yerin altında qalıb. Noyabrın 6-da 2 şaxtaçının meyitini uçqun altından çıxarmaq mümkün olub. Axtarış işləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR