Bank Of Baku

Türkiyədən Yunanıstana qaçaq yolla keçmək istəyən miqrantlar dənizdə batıb

Türkiyədən Yunanıstana qaçaq yolla keçmək istəyən miqrantlar dənizdə batıb
# 07 fevral 2015 16:23 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Türkiyədə içində miqrantlar olan qayıq Muğla yaxınlığında dənizində batıb.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, qayıqda qeyri-qanuni yolla Yunanıstana keçmək istəyən qaçaqlar olub. İlkin olaraq qayığın mühərrikdə baş verən nasazlıq səbəbindən batdığı ehtimal olunur.

 

Aparılmış xilasetmə tədbirləri nəticəsində qayıqda olan 15 nəfərdən yeddisinin meyiti tapılıb.

 

Marmaris valisi Əmir Çiçək jurnalistlərə açıqlamasında bildirib ki, xilas edilən altı nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilir: “İki nəfərin axtarışı davam edir. İnşallah, onları da sağ tapa bilərik. İlkin olaraq deyə bilərəm ki, gəmidəkilər İran və İraq vətəndaşlarıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR