Bank Of Baku

Ukrayna 2020-ci ilədək Polşaya 110-kilometrlik qaz borusu çəkməyi planlaşdırır

Ukrayna 2020-ci ilədək Polşaya 110-kilometrlik qaz borusu çəkməyi planlaşdırır
# 15 oktyabr 2014 01:41 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə UNİAN agentliyi məlumat yayıb.

 

Layihənin dəyəri 245 mln dollar təşkil edir.

 

Polşanın  “Polenergia” şirkətinin idarə heyətinin sədr müavini Radoslav Dudzinski Polşada keçirilmiş biznes-forumda çıxışı zamanı qaz borusunun 2019-2010-ci illərdə işə salınacağını bildirib.  

 

Qaz borusunun Lvov vilayətindəki “Bilçe-Volitsa” yeraltı qaz  anbarlarından Ukrayna-Polşa sərhədindəki “Drozdoviçi” qaz-hesablayıcı stansiyasınadək çəkilməsi  planlaşdırılıb. 

 

Layihənin reallaşacağı təqdirdə Ukrayna Almaniyadan qaz ala biləcək. Bundan başqa, Polşanın Svinouystse şəhərində 2015-ci ildə istifadəyə veriləcək terminaldan  maye qazın tədarük edilməsi də istisna olunmur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR