Bank Of Baku

Ukrayna prezidenti ilə Almaniya kansleri arasında görüş keçirilib

Ukrayna prezidenti ilə Almaniya kansleri arasında görüş keçirilib
# 17 oktyabr 2014 08:03 (UTC +04:00)

Bakı. Zümrüd  Paşayeva - APA. Ukrayna prezidenti Petro Poroşenko İtaliyanın Milan şəhərində Almaniya kansleri Angela Merkellə görüşüb. APA-nın Ukrayna prezidentinin saytına istinadən verdiyi xəbərə görə, görüş Petro Poroşenkonun Asiya-Avropa sammitində iştirakı çərçivəsində baş tutub. Tərəflər müzakirə zamanı Donbass bölgəsində atəşkəsə dair Minsk razılaşmasına əməl etməyin vacibliyini qeyd ediblər. ATƏT missiyasının Rusiya-Ukrayna sərhədində monitorinqi genişləndirməsi və bunun üçün lazımi texniki imkanların yaradılmasının vacibliyi də vurğulanıb.

 

Görüşün sonunda P. Poroşenko “bu görüşdə Ukrayna ilə birlik və həmrəylik nümayiş olundu” deyə qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR