Bakı. Zümrüd Paşayeva – APA. Ukrayna baş naziri Arseniy Yatsenyuk NATO baş katibi Yens Stoltenberqlə görüşəcək.
APA-nın NATO-nun rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu gün Brüsseldə baş tutacaq görüşdə Ukrayna-NATO əməkdaşlıq məsələləri, Ukrayna silahlı qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması və 2015-ci il üçün Ukrayna- NATO Əməkdaşlıq Proqramı müzakirə olunacaq.
A. Yatsenyukun Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, habelə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini ilə görüşü gözlənilir.