Bank Of Baku

Yens Stoltenberq: “NATO bir daha Rusiyanı öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa çağırır”

Yens Stoltenberq: “NATO bir daha Rusiyanı öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa çağırır”
# 05 fevral 2015 14:14 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. “NATO bir daha Rusiyanı Gürcüstanın iki bölgəsini müstəqil dövlət kimi tanımaq qərarına yenidən baxmağa və qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa çağırır”.

 

APA-nın NATO-nun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq NATO-Gürcüstan birgə komissiyasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.

 

O bildirib ki, Gürcüstan və NATO-nu sıx tərəfdaşlıq birləşdirir və NATO-ya üzv ölkələr bu münasibətlərin daha da dərinləşməsi üçün çalışır: “Biz Gürcüstanın müdafiəsinin daha da təkmiləşməsini istəyirik. Bu məqsədlə də hər cür dəstəyi göstərməyə hazırıq”.

 

Y. Stoltenberq bildirib ki, əsas məqsədlərdən biri Gürcüstanın təhlükəsizliyinin möhkəmlənməsi və bu ölkənin NATO-ya daha da yaxınlaşmasıdır.

 

NATO-nun baş katibi əlavə edib ki, Tiflisdə NATO-nun Birgə Təlim Mərkəzini yaratmaq barədə razılığa gəlinib. Onun sözlərinə görə, bu mərkəzdə NATO-ya üzv olan və tərəfdaş ölkələrin hərbçiləri təlim keçəcəklər.

 

Gürcüstanın ərazi bütövlüyü məsələsinə toxunan NATO baş katibi Gürcüstan xalqının suverenliyini dəstəklədiyini vurğulayıb. 

 

Y. Stoltenberq həmçinin qeyd edib ki, Rusiya Moldova, Gürcüstan və Ukraynaya qarşı oxşar addımlar atır. Onun sözlərinə görə, NATO üzvü olan Şərqi Avropa ölkələri heç nədən qorxmaya bilər: “Lakin şərqdən təzyiq artır”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR